Amerika futbolu

Amerika futbolu
Ümumi məlumatlar
Mənşə ölkəsi
İcraçı qurum Beynəlxalq Amerika Futbolu Federasiyası (IFAF)
İlk oyun 6 noyabr, 1869
Xüsusiyyətləri
Tipi komanda oyunu, top oyunu
Cinsiyyətə görə kişi, qadın
Oyunçu sayı
  • Maksimum:22
Beynəlxalq arenada
Olimpiya oyunları Daxil deyil
ifaf.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Oyunçular

Amerika futbolu — kontakt idman növüdür. ABŞ-də və Kanadada yayılmışdır. Oyunun məqsədi uzunsov topu rəqibin hal zonasına doğru yürütməlidir. Topu əllərdə saxlamaq və ya yoldaşlara ötürmək olar.[1]

On bir oyunçudan ibarət iki komanda arasında, özünə xas oyun sahəsi olan düzbucaqlı bir sahədə oynanan komanda idman növüdür. Oyunun əsas məqsədiː müəyyən qaydalar və mexanika çərçivəsində daha çox bal toplayan tərəf olmaqdır. Bu hədəfə hücum edən komanda topu ötürmə və ya qaçışla irəlilətməklə nail olur. Topu irəli aparan zaman hücum komanda on metrlik məsafəni keçmək üçün dörd hücum hüquqlarına malikdir, və bu dörd qarşıdurma içərisində on metr məsafəni keçərsə, hücum komandası dörd yeni hücum haqqı qazanır. Müdafiə komandasının məqsədi hücum komandasının irəliləməsinə mane olmaqdır. Xal qazanmağın əsas yolları isəː topun sahənin sonuna çatması, yəni touchdown və ya topun müəyyən bir nöqtədən vurularaq sayı dirəkləri arasından keçirilməsidir. Bir touchdownun dəyəri 6 xal, bir field qolun dəyəri 3 xaldır.[2]

Amerika futbolu reqbi və futbolun erkən formalarından inkişaf edən, hansı ki, adətən ABŞ-də "Sokker"(futbol) adlandırırlar. Amerika futbol matçı olaraq qəbul edilə biləcək ilk matç, 6 noyabr 1869-ci ildə oynamışdır. 1880-ci ildə "Amerika futbolunun atası" kimi tanınan Uolter Kempin rəhbərliyi altında; 11 nəfərdən ibarət komandalar və hüquq sistemi kimi qaydalar əlavə edildi və oyun bugünkü vəziyyətinə uyğunlaşdırılmışdır.

Amerika futbolu Amerikada ən populyar idman növü olubː peşəkar futbol (Milli Futbol Liqası) və kollec futbolu oyunun ən çox izlənilən səviyyələridir. Amerika futbolunun digər populyar səviyyələri isə orta məktəb qrupu ilə müqayisədə daha kiçik yaş qruplarını əhatə edən gənc futboludur. ABŞ-də hər il təxminən 1.1 milyon fərqli lisey idmançısı və 70.000 fərqli kollec idmançısı oyun oynamaqdadır. Milli Futbol Liqası ən məşhuru Amerika futbol liqası olubː dünyanın ən yüksək ortalama izləyicilərinə sahib olan idman liqasıdır və bu liqanın çempionluq matçı olan superboul, dünyanın ən çox izlənilən idman növüdür.

  1. "Gridiron" Arxivləşdirilib noyabr 7, 2017, at the Wayback Machine, MacMillan Dictionary
  2. gridiron football (sport) // Britannica Online Encyclopedia. britannica.com. iyun 14, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 13, 2010.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search